İngilis dilini necə öyrənməli?

1) Səhv et! Səhv etməkdən, sözləri yanlış tələffüz etməkdən və ya yanlış qrammatika ilə danışmaqdan heç bir zaman qorxma.Praktika etmədən axıcı İngilis dilində danışmaq mümkün deyil və bu praktikanı edəndə səhv etmək normaldır. Lakin Etdiyin səhvləri düzəltdikcə irəliləyəcəksən.

2) Tələffüzünü inkişaf etdirmək üçün qeydlər elə. Onlayn İngilis dilində videoları izləyərək və ya lüğətlərdən istifadə edərək doğru tələffüzlərini öyrənə bilərsən. Bu öyrəndiklərini Azərbaycan əlifbasından istifadə edərək qeyd etmək köməklik edəcəkdir. Məsələn, “Study” sözünün düzgün oxunuşunu xatırlamaq üçün “stadi” formasında qeyd edə bilərsən.

3) Öyrəndiyin yeni sözləri tez-tez təkrar et.Onları gündəlik istifadə etməyə çalış.Məsələn mətbəxdə istifadə olunan sözlərdən başlayaraq onları gündəlik həyatında istifadə etməyə çalış.Digər bir varian isə kitablar oxu.Başlanğıc olaraq səviyyə kitabları oxuya bilərsən və oxuduğun kitabdan sözləri qeyd dəftərinə qeyd et,sonda oxuduğunu özünə danış bu arada yeni söz olaraq qey elədiyin sözləri istifadə etməyi unutma.  

4) Bir hədəf müəyyənləşdir. Plan qur.Gündəlik olaraq nə edəcəksən.Məsələn bu gün hansi ifadələr və ya sözlər öyrəndin və istifadəedə bildinmi? Zəhmətinin hədər getmədiyini başa düşmək qiymətsizdir.Həftə sonu bu öyrəndiklərinlə bağlı özünü imtahan et.Online olan sınaqlarda iştirak edə bilərsən


5) Ölkə xaricinə çıxmadan da xaricilərlə ingilis dilində danış.
Xarici ölkəyə gedərək ingilis dili kursuna yazılmaq müəyyən qədər maddiyyat tələb edir . Lakin bunun da həll yolları var.Xaricilərlə danışmağa üstünlük ver.Sosial şəbəkələrdə bunlarla bağlı müxtəlif qruplar var.dBu mənada texnologiyadan faydalanaraq ingilis dilini öyrənmək mümkündür.Daha bir variant olaraq həftə sonu bir kursa yazılıb sadəcə conversation dərslərində iştirak edə bilərsən bu sənin danışma qabiliyyətini və bir o qədər də eşitmə qabiliyyətini artıracaq

 

İngilis dilini necə öyrənməli?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *