İngilis dilini filmlərlə öyrənin

Bildiyimiz kimi, ingilis dilinizin mütəmadi inkişafı üçün filmlərin və TV proqramların rolu əvəzsizdir. Amma bəzən, ingilis dilini öyrənənlər müvafiq veb-saytları tapmaqda əziyyət çəkirlər. Bu bloqda bu məsələdə sizə kömək edəcəyik.

Sizə məsləhət görəcəyimiz ilk veb-sayt english-films.com saytıdır. Bu saytın köməyi ilə siz, buraxılış illərinə və janrlarına görə ayrılmış minlərlə filmdən ödənişsiz yararlana bilərsiniz. Bu saytın ən böyük özəlliklərindən biri, bütün filmlərin altyazı ilə təqdim olunmasıdır. veb-saytın interfeysi tamamilə sizin rahatlığınızı təmin etmək üçün qurulub. Saytın daha bir özəlliyi isə, cansıxıcı reklam səhifələrinin minimal dərəcədə olmasıdır.

Daha bir faydalı veb-sayta, gostreams.to misal göstərmək olar. Bu veb-sayt sizə daha az reklam problemi yaşamaqla filmlərə baxmanıza kömək edəcək. Saytdakı bütün filmlər altyazı göstərilərək sizlərə təqdim olunur. Həmçinin bu saytın özəlliyi ondadır ki, siz hətta yeni çıxan filmlərə də, altyazılı şəkildə baxa bilərsiniz.

Əgər seriallarla maraqlanırsızsa, mütləq ziyarət etməli olduğunuz veb-sayt lostfilmhd.com saytıdır. Bu veb-sayt sizi filmlərlə təmin etməsə də, zövqünüzə uyğun TV-seriallarla təmin edəcək. Seriallara ingiliscə və altyazı ilə baxmaq istəyirsinizsə, videoplayerdə “Субтитры” bölməsini seçməyiniz kifayətdir.

Ümid edirik bu bloq sizin dilinizin gələcək inkişafında sizə yardımçı olacaq. Sevgilərlə, PELC ailəsi. 

İngilis dilini filmlərlə öyrənin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *